Toz şəkilli boyalar

Toz şəkilli boyalar – bu boyalar durutəhər boyaların alternativ bir variantıdır. Hansı ki, rəngləmə zamanı xüsusi avadanlıqlardan istifadə olunur. Bütün toz şəkilli boyaların tərkibində həlledici olmadığından bu boyalar ekoloji cəhətdən mükəmməldir. Bu toz şəkilli boyanın üstün cəhətlərindən biri də rəngləmə zamanı yerə tökülən hissənin yenidən işlədilə bilməsidir. Beləliklə toz şəkilli boyalar həm maddi həmdə ətrafın təmizliyi cəhətdən çox sərfəlidir.



Teknos şirkəti 1971-ci ildən toz şəkilli boyaların istehsalına başlamışdır. Biz Finlandiyada bu tip boyaların istehsalında yeganə, ixracında isə öncül yerdəyik. Biz həmişə toz şəkilli boyaların inkişaf üçün kapital qoymuşuq ki, yeni növ materiallar üçün tətbiq edilə bilsin.

Boya seçimi edərkən bir sıra, səthin xidmət müddəti və s. tələblərə fikir vermək lazımdır. Toz şəkilli boyalar xüsusi metodla səthə çəkilir – elektriki maşınla və ya tribun tozlandırıcı cihazla.

Toz şəkilli boya ilə rənglənmiş əşya sobaya yerləşdirilir və 150-200 C qızdırıldıqdan soram boyalı səth hazır olur. Bu proses kimyəvi proses olduğundan, yaranmış səth çox möhkəm olur. Əşya soyuduqdan soram istifadə üçün yararlı olur.

Toz şəkilli boyalar müxtəlif istifadə sahələri vardır: məişət əşyalarının rənglənməsində, polad əşyaları, polad mebellərin, bağ mebelləri, velosiped gövdəsinin, avtomobil hissələrinin və s.