Metal səthlər üçün boya«Teknos» şirkəti metal və polad səthlərin rənglənməsi və antikorroziya ilə müdafiə işləri üzrə elmi tədqiqatda nəhəng təcrübəyə yiyələnmişdir. Bu səbəbdən də «Teknos» çox əminliklə özünü bu sahədə öncül hesab edir. Teknos ənənəvi üzvi maddələrdən və su tərkibli həlledicilər əsasında hazırlanır hansı ki, bütün metal səthlər üçün nəzərdə tutulub. Avropa ölkələri ittifaqının, uçucu üzvü maddələrə nəzarət standartlarına tam cavab verməsi üçün «Teknos» bu sahədə əlavə səylə çalışmaqdadır. Səthlərin müvəffəqiyyətli emalı və müdafiəsi üçün rəngləmə prosesini nizamlanmış sxemə əsasən aparılmalıdır. |
![]() |
|
Bizim rəngləmə sxemamız yeni qəbul edilmiş beynəlxalq "SFS-EN ISO 12944" standartına uyğundur. Həmçinin bizim tərəfimizdən hazırlanan antikorroziyadan müdafiə kitabçası sizə düzgün seçim etməkdə kömək edər. Biz ən çeşidli lak-boya məhsullarına malikik. Buna görə də biz ən çətin obyektlərin rənglənməsi üçün lazım olan boyanı asanlıqla sizə təqdim edə bilərik. Bu boyalardan texnoloji avadanlıqla təchiz edilmiş kimyəvi sənaye obyektləri, sellüloz-kağız istehsalatı avadanlıqları, həmçinin körpü və digər polad konstruksiyalarda istifadə edilə bilər. Bizim məhsullarla siz müxtəlif obyektləri qorumaq və ömrünü uzatmaqla yanaşı həm də bizi əhatə edən dünyaya gözəllik verirsiniz. «Teknos» şirkəti yüksək keyfiyyətli məhsulla yanaşı hüdudsuz rəng çalarlarında sizə təqdim edir və mükəmməl nəticəyə təminat verir. |
|